Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Zəfər Yolu”nun 60-70%-i hazırdır”

Baxış: 329

Ümumi uzunluğu 101 km olan “Zəfər Yolu”nin 60-70%-i hazırdır”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nümayəndəsi Fərid Yusubov deyib.
“Yol II texniki dərəcəyə uyğun olaraq tikilir. Burada hərəkət hissəsi 7 metr, torpaq yatağının eni isə 11-12 metrdir. Yol üzərində 168 ədəd su ötürücü boru, bundan əlavə yeraltı keçidlər quraşdırılıb. 4 ədəd körpünün tikintisi aparılır və yekunlaşmaq üzrədir. Yol boyu dağlıq ərazilərdən keçən 11 yerdə 423 ədəd istinad divarı tikilib. Bu da təhlükəsizliyi təmin edəcək. Yolda torpaq yatağında aparılan işlər tamamilə başa çatıb. Bütün işlər isə sentyabrda başa çatacaq”, - deyə o, qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.