13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
2021-ci ilin birinci yarısında Xaçmaz və Yevlax KOB evlərində dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərdən 16 300-ə yaxın sahibkar istifadə edib.
Sahibkartv.az xəbər verir ki, “Xaçmaz KOB evi”ndə müvafiq dövrdə sahibkarlıq subyektlərinə 12 990 xidmət göstərilib ki, onların 12 605-i dövlət-biznes (G2B), 385-i biznes-biznes (B2B) xidmətləridir. Fəaliyyətə başladığı gündən indiyədək isə “Xaçmaz KOB evi”ndə sahibkarlara 34 mindən çox xidmət göstərilib.
2021-ci ilin aprel ayından fəaliyyətə başlayan “Yevlax KOB evi”ndə 2 671-i “G2B” və 619-u “B2B” xidmətlər olmaqla sahibkarlara ümumilikdə 3 290 xidmət göstərilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB evlərində sahibkarlara vergi, əmlak, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt, mənşə sertifikatının, lisenziya və icazələrin alınması üzrə dövlət xidmətləri, eləcə də özəl sektor tərəfindən bank, sığorta, lizinq, tərcümə, layihələndirmə kimi zəruri biznes xidmətləri göstərilir.
Ümumilikdə Xaçmaz və Yevlax KOB evlərinin hər birində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurumlar tərəfindən 200-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.
Sahibkarlara təqdim edilən xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi elektron sistem vasitəsilə monitorinq olunur.
Bölməyə aid digər xəbərlər