Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Unilever": Xammal qiymətlərinin artım tempi 2008-ci ildən bəri maksimuma çatıb

Baxış: 486

Böyük Britaniyanın "Unilever" şirkəti şampun, yuyucu maddələr və dondurmaların hazırlanmasında istifadə olunan xammalların qiymətlərinin 2008-ci ildən bəri ən yüksək tempdə artdığını bildirir.
Şirkət bu səbəbdən 2021-ci il üçün olan gəlirlilik gözləntilərini endirib və şirkətin səhmlərinin dəyəri son dövrdə 4,6% azalıb.
"Unilever"in maliyyə direktoru Qrəm Pitketli bildirib ki, artan neft, palma yağı qiymətləri "Procter & Gamble Co." və "Unilever" kimi istehlak malları istehsal edən nəhəng şirkətləri öz məhsullarını bahalaşdırmağa məcbur edir. Lakin Q. Pitketliyə görə, şirkətlər manevr etməklə qiymət artımından yayınmalıdırlar.
Qeyd edək ki, 2021-ci ilin ilk yarısında "Unilever"in əsas gəlir marjası bir il əvvəlki 19,8%-dən 18,8%-ə qədər enib.
"Unilever" – qida və məişət kimyəvi maddələr bazarında dünya liderlərindən biri sayılan Britaniya şirkətidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.