Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Baxış: 344

Qazaxıstanın modernizasiyası yekunlaşmış “Sətti” qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir.
Sahibkartv.az-ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərinə növbəti aydan başlanılacaq. 
Belə ki, üç kəşfiyyat quyusunun qazılması gözlənilir. Onlardan ilkinin qazıntısına avqust ayından start veriləcək. Daha sonra növbəti kəşfiyyat quyularının da mərhələli şəkildə qazılması işlərinə başlanılacaq. 
Qurğunun daha sonra “Ümid” - “Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, iyulun 2-də Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin səhmdarı “Samruk-Kazına” Milli Rifah Fondu Səhmdar Cəmiyyətinin icraçı direktoru Almasadam Satkalıyevin rəhbərlik etdiyi nümayəndə heyətini SOCAR-ın prezidenti Rövnəq Abdullayev qəbul edib.
Görüşdə SOCAR-ın “Caspian Drilling Company” şirkətinin öz bazasında “KazMunayQaz” şirkətinə məxsus “Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsini həyata keçdiyi və qurğunun yaxın günlərdə Dayazsulu Abşeron layihəsi çərçivəsində qazma işlərinə başlayacağı da qeyd edilmişdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.