Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neft 8%-ə yaxın ucuzlaşıb

Baxış: 284
Neft qiymətləri, OPEC+ istehsalı artırımaq mövzusunda razılaşdıqdan sonra düşür. OPEC+un qərarı ilə əlavə milyonlarla barel neft bazara daxil olacaq.
Sahibkartv.az xəbər verir ki, neft 8% civarında ucuzlaşıb.
OPEC-in yaydığı açıqlamaya görə, 2021-ci ilin avqust-dekabr dövründə neft istehsalının hər ay üçün gündəlik 400 min barel artırılmasına qərar verilib. Həmçinin razılaşmanın müddəti 2020-ci ilin Aprel ayından 2022-ci ilin sonunadək uzadılıb.
2022-ci ilin May ayından sonra İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmrlikləri və Rusiyanın istehsalı artırmaları qərarlaşdırılıb.
Razılaşma ilə Birləşmiş Ərəb Əmrliklərinin mövcud 3,2 milyon barel/gün olan istehsal kvotası 3,5 milyon barel/gün səviyyəsinə yüksəldilib.
Brent nefti 6,6% ucuzlaşma ilə 68,77 dollara, ABŞ xam nefti isə 7,7% ucuzlaşma ilə 66,27 dollara düşüb.
İyul ayının əvvəlində Brent neftinin qiyməti 78 dollara yüksəlmişdi. Bu qiymət ilə müqayisədə Brent neftinin qiyməti 12%-dən geriləyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.