Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neft, OPEC+ razılaşmasından sonra ucuzlaşır

Baxış: 328

Neft qiymətləri, OPEC+un  istehsalı artırımaq mövzusunda razılaşdıqdan sonra ucuzlaşır. OPEC+un qərarı ilə əlavə milyonlarla barel neft bazara daxil olacaq.
Sahibkartv.az xəbər verir ki, Brent nefti 1% civarında ucuzlaşıb.
OPEC-in yaydığı açıqlamaya görə, 2021-ci ilin avqust-dekabr dövründə neft istehsalının hər ay üçün gündəlik 400 min barel artırılmasına qərar verilib. Həmçinin razılaşmanın müddəti 2020-ci ilin Aprel ayından 2022-ci ilin sonunadək uzadılıb.
2022-ci ilin May ayından sonra İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmrlikləri və Rusiyanın istehsalı artırmaları qərarlaşdırılıb.
Razılaşma ilə Birləşmiş Ərəb Əmrliklərinin mövcud 3,2 milyon barel/gün olan istehsal kvotası 3,5 milyon barel/gün səviyyəsinə yüksəldilib.
Bakı vaxtı ilə saat 10:16-da Brent nefti 1% ucuzlaşma ilə 72,95 dollardan alıcı tapıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.