22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
“Dollar alışı ilə bağlı müəyyən limitin tətbiq edilməsi banklar üçün sırf çevrilən pula nəzarət etmək baxımından ümumi tövsiyə xarakteri daşıyır”.
Bunu Sahibkartv.az-a İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı Ruslan Atakişiyev banklar tərəfindən dollar alışına müəyyən limitin tətbiq edilməsi məsələsinə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, əgər kütləvi dollar alışı etmək istəyən şəxs pulun mənbəyini göstərə bilirsə, bu zaman hər hansı məhdudiyyət tətbiq edilmir:
“Bu tövsiyələr banklara nəzarəti gücləndirməyə hesablanıb. Bəzi ticarətlə məşğul olan sahibkarlar birdən-birə 100 min manatı dollara çevirmək istəyirlər. Bu, anlaşılandır. Əsas olan pulun mənbəyinin qeyd olunmasıdır. Bu pulun haradan, hansı yolla qazanıldığı və ya rəsmi şəkildə hesaba köçürüldüyü və s. kimi məsələlər əsaslandırılmalıdır. Ola bilər ki, böyük həcmdə pul korrupsiya yolu ilə əldə olunsun. Bu kimi məsələləri ortaya çıxarmaq üçün bəzi məhdudiyyətlər tətbiq olunur. Banklar müvafiq məhdudiyyətləri tətbiq etməklə müxtəlif yollarla pulun mənbəyini müəyyənləşdirirlər”.
İqtisadçı limitin manatın dollar qarşısında ucuzlaşa biləcəyi ehtimalı ilə əlaqəsinə də münasibət bildirib və qeyd edib ki, hazırda devalvasiya məsələsi gündəmdə deyil:
“Ölkədə devalvasiyaya səbəb olacaq kritik vəziyyət yoxdur. Yəni, devalvasiya gündəmdə deyil. Bu qərar tamamilə tövsiyə xarakterlidir və mənbəyi bəlli olmayan manatların kütləvi şəkildə dollara çevrilməsinə nəzarət mahiyyəti daşıyır”.
O vurğulayıb ki, əgər şəxs pulun mənbəyini göstərə bilərsə, bankdan 100 min dollar da alıb apara bilər.
Bölməyə aid digər xəbərlər