Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qlobal ərzaq qiymətləri 12 aylıq fasiləsiz bahalaşmanın ardından ilk dəfə gerilədi

Baxış: 420

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, taxıl, yağ, ət və südün qiymətlərindəki dəyişiklikləri izləyən FAO Qida Qiymət İndeksi İyunda May ayı ilə müqayisədə 2,5% geriləyib, ötən ilin İyun ayı ilə müqayisədə isə 33,9% yüksəlib.
Marja xəbər verir ki, 2021-ci ilin May ayında 127,8 dəyərini alan indeks, İyun ayında 124,6 olaraq açıqlanıb. 
İyun ayındakı azalma, ardıcıl 12 aylıq artımın ardından İndeksdə ilk azalmadır.
İyun ayındakı geriləmə, bitki mənşəli yağlayarın, taxılın və südün qiymətlərindəki azalmanı əks etdirir. Ət və şəkər qiymətləri isə artmaqda davam edib.
- FAO Taxıl Qiymət İndeksi iyunda 2,6% geriləyib,
- FAO Bitki mənşəli Yağ Qiymət İndeksi İyunda 9,8% düşüb,
- FAO Süd Məhsulları Qiymət İndeksi İyunda  1% azalıb,
- FAO Şəkər Qiymət İndeksi iyunda 0,9% artıb,
- FAO Ət qiymət İndeksi İyunda  2,1% artıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.