Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycanda milyonlarla dəyəri olan zavod satışa çıxarılır - QİYMƏTLƏR



Tibb Texnikasının Təmiri və Bakı Neftqazmədən Avadanlıqları zavodlarının özəlləşdirilməsi üzrə investisiya müsabiqəsi elan edilib.
Bu barədə Sahibkartv.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Tibb Texnikasının Təmiri Zavodu” ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 1 845 056 manat olan 922 528 səhmi satışa çıxarılacaq. Müəssisənin 635 306 manat öhdəlikləri və 273 925 manat debitor borcları var.
Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində isə satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri 2 930 776 manat, səhmlərin sayı 1 465 388-dir. Müəssisənin 823 436 manat dəyərində öhdəlikləri və 62 971 manatlıq debitor borcları var.
Bu müəssisələrin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 2 500 000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması ilə bağlı təkliflərini verməlidir.
İddiaçıların ərizə və təkliflərinin qəbulu 26 iyul 2021-ci il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində aparılacaq.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 28 iyul 2021-ci il, müvafiq olaraq saat 11:00-dan və 15:00-dan başlayaraq həyata keçiriləcək.


Tarix: 7-07-2021, 12:12 Oxunub: 190


Bölməyə aid digər xəbərlər