Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“AzerGold” 8 tona yaxın qızıl satıb

Baxış: 386

“AzerGold” 5 il ərzində 248 min unsiya qızıl (7,7 ton) və 446 min unsiya gümüşün (13,9 ton) satışından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edib.

Sahibkartv.az xəbər verir ki, bu, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 5 illik fəaliyyətinə dair Şirkətin İdarə Heyətinin sədri Zakir İbrahimovun mətbuata yazılı açıqlamasında bildirilir.

Sədr qeyd edib ki, bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7.3%-i həcmində vəsait ayırılıb. Bu 5 ildə dövlət büdcəsinə 55.5 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.