Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın qeyri-neft ixracı kəskin artıb - FOTO

Baxış: 493

2021-ci il yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 162 400 000 ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Sahibkartv.az-a verilən məlumata əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,1 faiz artıb.
Bildirilib ki, ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində koronavirus pandemiyasının qeyri-neft ixracına mənfi təsirləri azaldılıb və ixracda dinamik artıma nail olunub.
Qeyd edilən müddətdə şəkər ixracı 2,5 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2,4 dəfə, pambıq ipliyinin ixracı 2,4 dəfə, pambıq lifi ixracı 2,1 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 49 faiz artıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.