14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
14:22 / 20-11-2024
“KOBİA “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) layihəsinin əsas tərəfdaşı kimi bundan sonra da layihəyə dəstəyini əsirgəməyəcək”.
Sahibkartv.az-ın məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, layihənin məqsəd və hədəfləri ölkənin turizm siyasəti və strategiyası ilə uzlaşır, həmçinin proqramın real və ölçüləbilən nəticələr verməsi gözlənilir:
“Daha çox diqqətimizi cəlb edən məsələ layihə üzrə regionlarda turizm startaplarını təşviq etmək və KOB subyektləri ilə məşğulluğu təşviq etməkdir.
Turizm sahəsində sahibkarlığı təşviq etmək fəaliyyətimiz üçün çox vacibdir. Xüsusilə də ölkənin turizm potensialının araşdırılması, bunu KOB subyektlərinin iştirakı ilə təmin etmək bu layihədə fəaliyyətimizin əsasını təşkil edəcək”.
KOBİA rəsmisi xatırladıb ki, yaxın zamanda İsmayıllı rayonunda turizm sahəsində kənd qonaq evlərinin təqdimatı keçirilib və bənzər layihəni digər turizm bölgələrində də keçirmək niyyətindədirlər. Artıq növbəti mərhələdə Şəki rayonunda bənzər layihə icra edilə biləcək.
Orxan Məmmədov qeyd edib ki, Turizm Agentliyi ilə birgə Bakı ətrafı tarixi qəsəbələrin, o cümlədən Balaxanı qəsəbəsinin turizm məkanına çevrilməsi, turizmyönümlü sahibkarlığın təşviqi, yeni turizm obyektlərinin yaradılması istiqamətində birgə fəaliyyətimiz mövcuddur. O əlavə edib ki, oxşar layihələr Bibiheybət və Pirşağı qəsəbələrində də mümkün olacaq.
Bölməyə aid digər xəbərlər