Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fuad Nağıyev: “KOBİA-nın regionlarda göstərdiyi dəsdəyi yüksək qiymətləndiririk”

Baxış: 404

“Regional İnnovativ Turizm Məhsulu” (RİTM) sahibkarlıq proqramı regional turizmə həsr olunmuş ilk startap proqramıdır”.
Sahibkartv.az-ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev danışıb.
O bildirib ki, bu maraqlı və mühüm layihə qarşıda duran əsas hədəflərimizdən biri olan regionlarda turizmin inkişafına yönəlib.
Sədrin sözlərinə görə, bu layihə bölgələrdə məşğulluğun artması, eləcə də yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək:
“Layihə həm turizm sektorunda xidmət keyfiyyətinin artmasına, həm də turizm növlərinin çoxalmasına töhfə verəcək. Layihə ilə bağlı proqramın hazırlanmasında KOBİA əsas dəstəkçi və tərəfdaşlarımızdan biridir. KOBİA-nın regionlarda göstərdiyi dəsdəyi yüksək qiymətləndiririk. Proqramın icrası ilə regionlarda turizm müəssisələrinə daha çox turistin cəld edilməsinə nail olacağıq”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.