Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AYİB Azərbaycana üç milyard avrodan çox investisiya yatırıb - FOTO

Baxış: 342

Sabah Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 30-cu İllik Toplantısı başlayır.
Sahibkartv.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
O bildirib ki, tədbirdə COVID-19 pandemiyasının təsirləri və iqtisadiyyatın bərpası istiqamətində müəyyənləşdirilmiş hədəflər barədə məlumat veriləcək:
“Ölkəmiz AYİB ilə uğurlu əməkdaşlıq edir. Bank tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 177 layihə üzrə üç milyard avrodan çox investisiya yatırılıb.
Toplantı ərəfəsində AYİB-in birinci vitse-prezidenti cənab Yurgen Riqterink və həmkarları ilə Azərbaycan və maliyyə qurumu arasında tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının reallaşdırılmasında Bankın iştirakı barədə fikir mübadiləsi apardıq”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.