
Qərardan sonra bəzi bazar iştirakçıları daşınma xərclərinin artmasının ətin satış qiymətinə təsir göstərə biləcəyini iddia etsələr də, qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov bu fikirlə razılaşmır.
Ekspertin sözlərinə görə, xüsusi nəqliyyat vasitələrindən istifadə heyvanların stress və xəsarət riskini azaldır, nəticədə ətin keyfiyyəti daha yüksək olur. O bildirib ki, beynəlxalq standartlara uyğun daşınma həm heyvan rifahına, həm də istehlakçıların təhlükəsizliyinə xidmət edir.
İlkin Şirinov qeyd edib ki, eyni nəqliyyat vasitəsindən bir neçə sahibkarın birgə istifadə etməsi daşınma xərclərinin bölüşdürülməsinə imkan yaradır və bu, əlavə maliyyə yükünün qarşısını ala bilər.
Ekspert hesab edir ki, nəzarət mexanizmi düzgün qurularsa, süni qiymət artımının qarşısını almaq, sahibkarların maraqlarını qorumaq və istehlakçıları keyfiyyətli ət məhsulları ilə təmin etmək mümkün olacaq.









































