Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ADSEA-nın rəsmisi: İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri xüsusilə böyükdür

Baxış: 404

İqlim dəyişikliyi həyatımızın hər sahəsinə təsir edən qlobal reallıqdır, lakin onun kənd təsərrüfatına təsiri xüsusilə böyükdür. Temperaturun artması, yağıntı normalarının dəyişməsi və daha tez-tez baş verən ekstremal hava hadisələri fonunda planetimizin gələcəyi və ərzaq təhlükəsizliyi kimi məsələlər davamlı və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin təmin olunmasını vacib edir.

 Bunu "Su idarəetmə sistemlərinin iqlimə dayanıqlı kənd təsərrüfatında rolu: COP29 dəyirmi masa müzakirələri” adlı tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) aparat rəhbərinin müavini Ülviyyə Məmmədov bildirib. 

O qeyd edib ki, effektiv su idarəetməsi ilə bu gün iqlim dəyişiklərinin mənfi təsirləri azaldıla, gələcək nəsillər üçün davamlı və dayanıqlı ekosistem təşkil edilə bilər. “Unutmaq lazım deyil ki, su sadəcə bir əmtəə deyil, həyatın özüdür. Hər damlası əvəzolunmazdır və biz nəyin bahasına olursa olsun onu qorumağa çalışmalıyıq. Bu istiqamətdə fiziki infrastruktur layihələri, yeni su anbarlarının tikintisi, suvarma kanallarının yenidən qurulması ilə yanaşı, yeni və alternativ su mənbələrinin formalaşdırılması, dəniz, təmizlənmiş tullantı, kollektor-drenaj və yağış sularından səmərəli istifadənin öyrənilməsi Agentlik tərəfindən prioritetləşdirilib”, - deyə Ü.Məmmədova bildirib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.