Day, Month 00, Year
00: 00: 00 AM

Qazaxıstan Azərbaycanla yaşıl enerjinin inkişafı və nəqli sahəsində qlobal layihəni həyata keçirməyə başlayır

Qazaxıstan Azərbaycan və Özbəkistanla yaşıl enerjinin inkişafı və nəqli sahəsində qlobal layihəni həyata keçirməyə başlayır. 

Astanada Mərkəzi Asiya dövlətləri energetika nazirlərinin birinci görüşündə Qazaxıstan Respublikasının energetika naziri Almasadam Satkaliyev məlumat verib. 

Nazirin sözlərinə görə, Mərkəzi Asiya ölkələri energetika resurslarının tədarükündə qlobal pozulmalar, neft və qaz qiymətlərində qeyri-sabitlik və başqa amilləri meydana gətirən çağırışlarla üzləşir. 

Almasadam Satkaliyev təklif irəli sürüb: “Enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün bu çağırışları qabaqcadan görmək və idarə etmək mexanizmlərini hazırlamaq, habelə ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək lazımdır”.

O, həmçinin həmkarlarını enerji resursları üzrə ticarət imkanlarını genişləndirmək yolu ilə əməkdaşlığı gücləndirməyə, karbon neytrallığına nail olmağa və enerjinin mərhələli keçidini, habelə aşağı karbon sektorunun inkişafını təmin etməklə əlaqələri möhkəmləndirməyə çağırıb.

Qazaxıstanlı nazir qeyd edib: “Bundan əlavə, Mərkəzi Asiya ölkələrində müasir enerji infrastrukturunun inkişafını stimullaşdırmaq üçün investisiyaların hərtərəfli cəlb edilməsi və enerji sənayesində birgə iri texnoloji layihələrin həyata keçirilməsi regional əməkdaşlığın inkişafında mühüm amildir”. 

A.Satkaliyevin sözlərinə görə, qaz sənayesində birgə layihələrin həyata keçirilməsi imkanları da geniş şəkildə araşdırılmalıdır.

Xatırladaq ki, iclasda Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın energetika nazirləri və Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov iştirak edirlər.


Tarix: 6-08-2024, 15:34 Oxunub: 41


Bölməyə aid digər xəbərlər