21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks istiqamətdə müntəzəm reyslərə başlayıb.
Azərbaycanın milli aviadaşıyıcısı AZAL jurnalistlər üçün Qarabağa press-tur təşkil edib.
AZAL-ın mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov bildirib ki, bu, iftixar hissi doğuran böyük hadisədir. Çünki milli aviadaşıyıcı tarixində ilk dəfədir ki, Qarabağa müntəzəm uçuşlar yerinə yetirir. Füzuliyə uçuşların həyata keçirilməsi ölkəmizin mülki aviasiyasının inkişafında yeni mərhələdir. Reyslər vətəndaşlarımıza Qarabağın incisi olan Şuşaya, Laçına və digər ərazilərə daha sürətli və rahat şəkildə səfər etmək imkanı yaradacaq. Füzuliyə müntəzəm uçuşlar “Böyük Qayıdış” dövlət proqramının həyata keçirilməsinə töhfə verməklə yanaşı, regionun turizm və iqtisadiyyatının inkişafı üçün yeni perspektivlər açacaq.
F.Hüseynov qeyd edib ki, Bakı-Füzuli-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günləri həyata keçirilir. Uçuş müddəti 50 dəqiqə təşkil edir.
AZAL-ın nümayəndəsi bildirib ki, aviabilet əldə etmək üçün yolumuzqarabaga.az portalına daxil olub icazə prosesini keçmək və xüsusi kod əldə etmək lazımdır. Bu kod AZAL-ın rəsmi saytı və ya tətbiqindən bilet alarkən təsdiq üçün tələb olunur. Nəzərə alınmalıdır ki, Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə aviabiletləri yalnız Bakı-Füzuli-Bakı marşrutu üzrə və yalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Füzuli/Füzuli-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti bir tərəfə 78 manat məbləğində müəyyən edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir. Sözügedən istiqamətdə səyahət edən 2 yaşından 12 yaşınadək uşaqlar üçün tətbiq olunan tarifdən 25 faiz, 0-2 yaşında körpələr üçün isə tətbiq olunan tarifdən 90 faiz güzəştlər nəzərdə tutulub.
Füzuliyə aviabilet əldə edərkən aşağıdakı məqamlara diqqət yetirilməlidir:
- Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə aviabiletləri yalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər.
- Aviabilet əldə etmək üçün ilk növbədə yolumuzqarabaga.az portalına daxil olaraq müvafiq bölmədən icazə prosesini keçmək və xüsusi kod əldə etmək lazımdır. Daha sonra AZAL saytına və ya mobil tətbiqinə keçid alaraq həmin kodu və FİN nömrəsini daxil edib icazəni təsdiq etdikdən sonra bilet əldə etmək mümkündür. Verilmiş icazə kodunun müddəti 1 aydır. Bu müddət ərzində aviabilet alıb Qarabağa səfər etmək olar.
Aviabilet yalnız hər iki istiqamətdə və yalnız Bakı-Füzuli-Bakı marşrutu üzrə əldə oluna bilər.
Bölməyə aid digər xəbərlər