Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qazaxıstan neftinin Azərbaycandan tranzit həcminin artırılması müzakirə edilib

Baxış: 208

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.

SOCAR-dan görüşdə şirkətlər arasında strateji tərəfdaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub, Qazaxıstan xam neftinin Azərbaycan ərazisindən tranzit həcminin artırılması və ticarəti məsələləri müzakirə edilib.

Tərəflər SOCAR ilə “KazMunayGaz” arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işləri nəzərdən keçirib, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nümayəndə heyəti “Azərtrans” və “Səngəçal” terminallarına səfər edərək, burada yaradılan şərait və texnoloji proseslərlə tanış olub.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.