13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
19:00 / 17-01-2025
18:52 / 17-01-2025
18:23 / 17-01-2025
18:00 / 17-01-2025
17:39 / 17-01-2025
17:16 / 17-01-2025
17:00 / 17-01-2025
16:38 / 17-01-2025
Bakıda Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol xəritəsinin təqdimatı keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən iclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Şahin Babayev çıxış edib. Nazir müavini bildirib ki, işçi qrupu “Kommunal xidmətlər (internet)” indikatorunun bir sıra komponentləri əsasında təhlillər aparıb, həmin təhlillər və müvafiq təkliflər əsasında Yol xəritəsi hazırlanıb.
Şahin Babayev qeyd edib ki, Yol xəritəsinin həyata keçirilməsində maraqlı tərəf olaraq biznes və ictimaiyyət nümayəndələrinin məlumatlandırılması, islahatların hazırlanması və həyata keçirilməsi prosesində onların aktiv iştirakı və rəylərin təqdim olunması üçün əlverişli imkanların yaradılması görüləcək kompleks tədbirlərin səmərəliliyinin artırılmasına xidmət edəcək.
Çıxışlarda Yol xəritəsinin əhəmiyyəti və icrasına dair qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Məlumat üçün bildirək ki, sözügedən Yol xəritəsi 2024-cü il iyulun 9-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sədri tərəfindən təsdiq edilib.
Bölməyə aid digər xəbərlər