16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
09:54 / 22-11-2024
09:49 / 22-11-2024
22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
İlin əvvəlindən aktiv filial şəbəkəsinin genişləndirilməsi və müştərilərə əlçatan maliyyə xidmətlərinin təklif edilməsi siyasətini həyata keçirən “AccessBank” bu gün əsaslı təmirdən sonra “20 Yanvar” filialını müştərilərin xidmətinə təhvil verdi. Yeni konsepsiya əsasında təmir edilən filial Bakı şəhəri, A.Mustafayev küçəsi 1c ünvanında yerləşir.
Müasir konseptli “20 Yanvar” filialında müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlərin yerləşdirilməsi, müxtəlif növ kreditlərin təqdim edilməsi, plastik kartların alınması, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətləri təklif edilir.
“Məqsədimiz Azərbaycanda müştərilərə maksimum rahat şəraitdə keyfiyyətli və operativ bank xidmətlərinin göstərilməsidir. İlin əvəllindən müxtəlif bölgələrimizdə və paytaxtda müştərilərimizə təqdim etdiyimiz filiallarımızın hər biri müasir bank konsepsiyasına uyğundur, burada müştərilər maliyyə xidmətləri əldə etməklə yanaşı, peşəkar komandamızın üzvləri tərəfindən maliyyə məsləhətləri xidmətindən də istifadə edə bilərlər”, - deyə “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauru qeyd edib.
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.
“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Bölməyə aid digər xəbərlər