15:30 / 25-11-2024
14:58 / 25-11-2024
14:22 / 25-11-2024
14:13 / 25-11-2024
13:42 / 25-11-2024
13:02 / 25-11-2024
12:38 / 25-11-2024
12:33 / 25-11-2024
11:45 / 25-11-2024
10:58 / 25-11-2024
10:54 / 25-11-2024
10:03 / 25-11-2024
09:59 / 25-11-2024
09:54 / 25-11-2024
09:50 / 25-11-2024
09:45 / 25-11-2024
09:40 / 25-11-2024
09:36 / 25-11-2024
09:00 / 25-11-2024
21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
Cari ilin may ayı ərzində ümumilikdə vergi orqanlarına 32 min 285 müraciət daxil olub ki, bunun da 95,9 faizi ərizə, 4 faizi şikayət, 0,1 faizi təklif olub.
Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, daxil olmuş müraciətlərdən 57,3 faizinin baxılması hesabat ayı ərzində başa çatdırılıb, 42,7 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 74,8 faizi həll olunub, 23,8 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanuna müvafiq qərarlar qəbul edilib.
Ay ərzində daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz azalaraq 1007 olub. Həll edilmiş şikayətlərin 68 faizi kameral vergi yoxlaması, 6,4 faizi vergi borcu, 5,6 faizi şəxsi hesab vərəqələri, 4 faizi vergiödəyicisinin qeydiyyatı, 3,2 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 1,6 faizi maliyyə sanksiyasının silinməsi, 1,6 faizi operativ vergi nəzarəti tədbirləri, 9,6 faizi isə digər məsələlər ilə bağlı olub.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 53, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 4 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanuna müvafiq izahatlar verilib.
Bölməyə aid digər xəbərlər