Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sankt-Peterburqda daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı görüş keçirilib

Baxış: 249

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib. 

 Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, Forumda “Məkan məlumatları - ərazilərin inkişafının əsasıdır” panelində çıxışlar olub və müzakirələr aparılıb. 

Qeyd olunub ki, daşınmaz əmlakın tam və dəqiq reyestrinin aparılması məkan məlumatlarının infrastrukturunda əsas rol oynayır. Bu məlumatlar daşınmaz əmlakın yerləşməsi və ölçülərindən, torpaq sahələrinin göstəricilərindən, mülkiyyət hüququndan və digər informasiyalardan ibarətdir. Məlumatların vahid və dəqiq olması ölkənin sosial-iqtisadi inkişafı, investisiya imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Rusiya Federasiyasının Dövlət Qeydiyyatı, Kadastrı və Xəritəçəkmə üzrə Federal Xidmətində keçirilmiş görüşdə isə daşınmaz əmlakın qeydiyyat prosesinin optimallaşdırılması, rəqəmsallaşdırılması, avtomatlaşdırılması və süni intellektin tətbiq edilməsi sahəsində yeniliklər barədə iştirakçılara məlumat verilib. 

Qeyd edilənlərlə bağlı qurumlararası əməkdaşlıq məsələləri müzakirə olunub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.