Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sədr: Qarabağın bərpası və yenidən qurulmasında iştirak edən şirkətlərə kreditlər güzəştli şərtlərlə verilir

Baxış: 258

Cari ildə Qarabağın bərpası və yenidən qurulmasında iştirak edən şirkətlərə kreditlər güzəştli şərtlərlə verilir.

 Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev “5-ci yerli şirkətlərin tanıtım sərgisi”nin açılışında çıxışı zamanı deyib. 

O bildirib ki, güzəştli kreditin minimum məbləği 5 milyon manatdır və 7 il müddətinə 15 faizlə verilir ki, bunun da 10 faizini dövlət subsidiya şəklində ödəyir. 

“Fondun əsas məqsədi sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərməkdən ibarətdir. Bu istiqamətdə həyata keçirilən işlərin nəticəsi olaraq istehsal sahələrində fəaliyyət göstərən bir sıra şirkətlər inkişaf edərək nəinki yerli, eləcə də xarici bazara çıxış əldə ediblər. Fonda daxil olan 48 şirkətin müraciətinə baxılıb və onlara 1,5 milyard manat kredit ayrılıb. Fond istehsal sahələrinin artması və xarici bazarlara Azərbaycan istehsalı olan məhsulun çıxarılması istiqamətində fəaliyyət göstərən sahibkar və şirkətlərə xüsusi diqqət verir”, - deyə Osman Xaliyev vurğulayıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.