22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
"2024-cü ildə neftin qiyməti bir barel üçün 70-90 dollar arasında dəyişəcək və Çində yavaşlamaya baxmayaraq, tələb əvvəlki illə müqayisədə gündəlik təxminən 1 milyon barel artacaq".
Bu fikri “Nikkei” qəzetinə müsahibəsində Yaponiyanın neft korporasiyasının prezidenti Şuniçi Kito İdemitsu Kosan deyib.
Onun sözlərinə 2023-cü ildə pandemiyadan sonra qlobal iqtisadiyyatın bərpası fonunda neftə tələbat artıb.
İş adamı hesab edir ki, "neft hasil edən ölkələr, ilk növbədə Səudiyyə Ərəbistanı, büdcəni saxlamaq və struktur islahatları aparmaq üçün neftin bir barelinin qiymətinin 80 dollar civarında olması lazımdır: "Düşünürəm ki, 2024-cü ildə qiymət 70-90 dollar arasında dəyişəcək".
“Pandemiyadan sonra Çinin bərpasının neftə tələbatın artmasına təkan verəcəyinə inanılırdı” deyən korporasiya rəhbəri xatırladıb: “Lakin bütövlükdə Çin iqtisadiyyatı ən yaxşı vəziyyətdə deyil, gözlənilən artımı yaşamır. Eyni zamanda, orada neftə tələbatın o qədər də azalacağını düşünmürəm”.
Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, 2024-cü ildə mütləq şəkildə qlobal neft tələbatı gündəlik 103 milyon barrelə çatacaq.
Bölməyə aid digər xəbərlər