Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tbilisi-Bakı-Tbilisi reysinə böyük tələb - AVİAŞİRKƏT REYSLƏRİN SAYINI ARTIRIR

Baxış: 328

Tbilisi-Bakı-Tbilisi reysləri həftədə 5 dəfə həyata keçiriləcək.

Tbilisi-Bakı-Tbilisi reysinə böyük tələb - AVİAŞİRKƏT  REYSLƏRİN SAYINI ARTIRIR

Gürcüstanın “Geosky” aviaşirkətinin törəməsi olan  aşağıbüdcəli (ucuz) “Georgian Wings” şirkəti Tbilisidən Bakıya reyslərin sayını artırır.
Sahibkartv.az-ın məlumatına görə, “Georgian Wings” Tbilisi-Bakı-Tbilisi üzrə həftədə 5 reys həyata keçirəcək.
Bu marşrut üzrə hər həftənin bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri 72 sərnişin üçün nəzərdə tutulmuş Fransa-İtaliya istehsalı olan ATR72-500 təyyarəsi ilə sərnişinlərə xidmət göstəriləcək.
Aviaşirkətin nümayəndəsinin sözlərinə görə, “Georgian Wings” artıq 1 aydır ki, Tbilisi Beynəlxalq Hava Limanından Bakı Beynəlxalq Hava Limanı istiqamətində fəaliyyət göstərir:
"İlkin olaraq həftədə 3 tezliklə fəaliyyətə başladıq. Qeyd olunan marşruta tələbdə artım müşahidə olundu ki, bu da o deməkdir ki, aviaşirkətin gözləntiləri özünü doğrultdu. Uçuş cədvəli aviaşirkətimiz tərəfindən həyata keçirilən Tbilisi-Batumi-Tbilisi daxili reysinin uçuş cədvəlinə uyğunlaşdırılıb ki, bu da sərnişinə Tbilisi hava limanından tranzit və komfortlu səyahət kimi əlavə imkan yaradır”.
Aviabiletləri Georgian Wings-in rəsmi saytından, həmçinin kassalardan və turizm agentliklərindən əldə etmək olar.
Xatırladırıq ki, “Georgian Wings” ilk beynəlxalq müntəzəm uçuşunu 2023-cü il sentyabrın 5-də edib və o vaxtdan etibarən Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanından Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanına müntəzəm uçuşlar həyata keçirir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.