Oktyabrın 9-da Stokholmda (İsveç) Alfred Nobelin xatirəsinə İsveç Bankı tərəfindən iqtisadiyyat üzrə mükafatın laureatı elan olunub.
Sahibkartv.az-ın məlumatına görə, bu il İqtisadiyyat üzrə Nobel Mükafatı amerikalı tədqiqatçı Klaudiya Qoldinə verilib.
Mükafat “əmək bazarında qadınların rolu haqqında anlayışın təkmilləşdirilməsinə” görə verilib.
Mükafat 1968-ci ildə İsveç Bankı tərəfindən 300 illik yubileyi münasibətilə təsis edilib. Dövlət Bankı pul hissəsini Nobel Fonduna köçürür. Mükafat Stokholmda yerləşən İsveç Kral Elmlər Akademiyası tərəfindən verilir. Laureat Komitə tərəfindən seçilir.




































