21:19 / 03-12-2024
20:45 / 03-12-2024
20:21 / 03-12-2024
19:47 / 03-12-2024
19:23 / 03-12-2024
18:51 / 03-12-2024
18:20 / 03-12-2024
17:39 / 03-12-2024
17:00 / 03-12-2024
16:41 / 03-12-2024
16:00 / 03-12-2024
15:30 / 03-12-2024
14:00 / 03-12-2024
13:39 / 03-12-2024
13:39 / 03-12-2024
13:16 / 03-12-2024
13:02 / 03-12-2024
12:19 / 03-12-2024
12:09 / 03-12-2024
12:05 / 03-12-2024
12:01 / 03-12-2024
11:56 / 03-12-2024
11:41 / 03-12-2024
11:17 / 03-12-2024
11:13 / 03-12-2024
11:08 / 03-12-2024
11:03 / 03-12-2024
10:45 / 03-12-2024
10:40 / 03-12-2024
10:04 / 03-12-2024
09:59 / 03-12-2024
09:45 / 03-12-2024
Xorvatiyanın Poreç şəhərində başa çatan 22 yaşadək boksçular arasında Avropa çempionatında bir qızıl, bir gümüş və iki bürünc medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb. Boksçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və bokssevərlər qarşılayıblar. Onlar mükafatçılarımız üçün müxtəlif xoş şüarlar səsləndiriblər.
Sahibkartv.Az xəbər verir ki, milli komandanın böyük məşqçisi Nəriman Abdullayev Avropa çempionatının Azərbaycan yığması üçün uğurlu alındığını vurğulayıb. O qeyd edib ki, idmana göstərilən dövlət qayğısı boksçularımızın inamlı çıxışında böyük rol oynayıb: “Avropa çempionatına 39 ölkə qatılmışdı. Yarışda qitənin 22 yaşadək güclü boksçuları mübarizə aparırdılar.
Yığmamız 13 çəki dərəcəsindən yeddisində təmsil olunurdu. Buna baxmayaraq, komandamızın çıxışı bizi sevindirdi. Onlardan dördü fəxri kürsüyə yüksəldi. Millinin heyətində Nicat Hüseynov çempion tituluna yiyələndi. Yalnız finalda uduzan Ruslan Qədirov ikinci yeri tutdu. Cəlal Qurbanovla Nəbi İsgəndərov isə bürünc medalla kifayətləndilər. Təbii ki, bu nəticə bizim üçün qənaətbəxşdir. Gələcəkdə medallarımızın sayının daha çox olacağına inanırıq. Mükafatçılarımızın gənc olduğunu nəzərə alsaq, sabaha böyük ümidlə baxa bilərik”.
Ötən il İtaliyanın Rozeto delyi Abrutsi şəhərində keçirilən analoji yarışda da yeddi boksçu ilə təmsil olunmuşduq. Onlardan yalnız biri – Ruslan Rüstəmov (64 kq) bürünc medala yiyələnmişdisə, bu dəfə komandamız dörd medalla Avropa çempionatının medal sıralamasında dördüncü yeri tutub.
N.Abdullayevin sözlərinə görə, növbəti hədəf daha inamlı çıxış olacaq: “İdmançılar, o cümlədən boksçular həmişə dövlət qayğısını hiss ediblər. Bunun qarşılığında əsas hədəf, həmişə olduğu kimi, ən yüksək nəticəni göstərməkdir. İnanıram ki, Avropa çempionatındakı uğurlu çıxışımızı növbəti yarışlarda da davam etdirəcəyik”.
U-22-lərin Avropa çempionatında yığmamıza üç ildən sonra qızıl medal qazandıran Nicat Hüseynov (-51 kq) döyüşlərini şərh edib. O bildirib ki, startda irlandiyalı boksçuya ciddi çətinlik çəkmədən qalib gəlsə də, yarımfinalda türkiyəli rəqibi ilə görüşü gərgin alınıb. 19-22 yaşlı boksçuların mübarizəsində birinci olan 18 yaşlı idmançının sözlərinə görə, finala yaxşı kökləndiyindən döyüşü xeyrinə bitirib. Nicat bir daha vurğulayıb ki, qələbəsini 44 günlük Vətən müharibəsinin şəhidlərinə həsr edir.
54 kq çəki dərəcəsində yalnız finalda məğlub olan Ruslan Qədirov isə yarışa yaxşı başladığını deyib. O vurğulayıb ki, ardıcıl qələbələrdən sonra həlledici döyüşdə beynəlxalq yarışlarda təcrübəsinin az olması əleyhinə işləyib. Qədirov növbəti turnirlərdə daha yaxşı mübarizə aparacağına və Azərbaycan bayrağını yüksəklərə qaldıracağına əminlik ifadə edib.
Qeyd edək ki, bir qızıl, bir gümüş və iki bürünc medal qazanan millimiz Poreçdəki Avropa çempionatında Azərbaycan boks tarixinin 10 illik rekordunu təkrarlayıb. Həmçinin komandamız 2012-ci ildə Rusiyada və bu il Xorvatiyada baş tutan qitə birincilikləri istisna olmaqla, heç vaxt finalda iki idmançı ilə mübarizə aparmayıb.
Bölməyə aid digər xəbərlər