Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fərid Qayıbov Cüdo Federasiyasının fəaliyyəti və Bakı Olimpiya Stadionu ilə tanış olub - FOTO

Baxış: 517
Sentyabrın 15-də Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Cüdo Federasiyasının fəaliyyəti  və Bakı Olimpiya Stadionu ilə tanış olub. 
Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, qadın və kişi cüdoçularla görüşərək söhbətlər aparıb, onlar üçün yaradılmış şəraitlə tanış olub.  
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, vitse-prezident, Olimpiya çempionu Elnur Məmmədli və federasiyanın baş katibi Elmar Babanlı nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarşlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat veriblər. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Daha sonra nazir Fərid Qayıbov Bakı Olimpiya Stadionuna baxış keçirib. Stadionun direktoru Cavid Qarayev naziri stadionla tanış edib, yaxın vaxtlarda təşkil ediləcək tədbirlər, hazırlığın gedişi  barədə naziri məlumatlandırıb.










Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.