Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Güləşçilərimiz Avropa çempionatında dörd medal qazandılar

Baxış: 365
Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona çatıb.
Güləş Federasiyasından Sahibkartv.az-a verilən məlumata görə, qitə birinciliyinin son günündə yunan-Roma güləşçilərimiz üç medal qazanıb.
Həsrət Cəfərov (67 kq) finalda Türkiyə güləşçisinə 9:0 hesabıyla qalib gələrək Avropa çempionu olub. Güləşçimiz finaladək Macarıstan, Bolqarıstan və Gürcüstan təmsilçilərini məğlub edib.
Millinin iki üzvü isə üçüncü yeri tutub. Nihat Məmmədli (60 kq) son görüşdə Belarus, Xasay Həsənli (72 kq) isə Xorvatiya güləşçisinə qalib gəlib.
Xatırladaq ki, ötən gün Qurban Qurbanov (63 kq) gümüş medal qazanıb.
Yekunda bir qızıl, bir gümüş və iki bürünc medal qazanan yığmamız komanda hesabında 99 xalla 4-cü yeri tutub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.