Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şəhriyar Məmmədyarov Aronyana qalib gəldi, Teymur Rəcəbovdan heç-heçə - YENİLƏNİB+VİDEO

Baxış: 482
Şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsinin birinci günündə beş tur oynanılıb.
Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da mübarizəyə qoşulub. Şahmatçılarımız hərəyə beş matç keçirib.
İlk turda Ermənistanı tərk etsə də, hələ də bu ölkənin şərəfini qoruyan Levon Aronyanla görüşən Şəhriyar turnirə qələbə ilə başlayıb. O, rəqibini qara fiqurlarla məğlub edib. Ardınca Daniil Dubov (Rusiya) və Hikaru Nakamura (ABŞ) ilə heç-heçə edən Məmmədyarov Yorden Van Forrest (Niderland) üzərində qələbə qazanıb. Məmmədyarov günün son qarşılaşmasında Maksim Vaşye-Laqrava (Fransa) uduzaraq günü 3 xalla tamamlayıb.
Rəcəbov da erməni rəqibi ilə prinsipial görüşə ilk gündə çıxıb. Startda Aniş Giri (Niderland), Daniil Pişo (Argentina) və Uesli So (ABŞ) ilə heç-heçələrı sıralayan şahmatçımız ağ fiqurlarla oynadığı Aronyanla da xalı yarı bölüb. Teymur günün son matçında Daniil Dubova (Rusiya) qalib gəlib. 
İlk beş turdan sonra Aniş Giri 4 xalla yarışın lideridir. Şəhriyar 3 xalla 4-cü, eyni xala malik Teymur isə əlavə əmsallara görə 6-cıdır. 
Qeyd edək ki, növbəti 5 turun oyunları martın 14-də keçiriləcək.
20:50
Şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsində Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov ilk oyunlarını keçiriblər.
Sahibkartv.Az xəbər verir ki, Məmmədyarov “Magnus Carlsen Invitational” adlanan yarışda Levon Aronyanla qarşılaşma ilə debüt edib.
Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibini məğlub edib.
Rəcəbov isə turnirə heç-heçə ilə başlayıb. O, ilk turda Niderland şahmatçısı Aniş Giri ilə xalları yarı bölüb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.