Day, Month 00, Year
00: 00: 00 AM
Çempionluq uğrunda gərgin rəqabət: “Qarabağ”, yoxsa “Neftçi” xal itirəcək?

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.
Turun açılış matçında “Səbail” “Keşlə”ni qəbul edəcək. Günün digər matçında isə son çempion “Qarabağ” “Qəbələ”ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası
XVIII tur
2 mart
16:00 “Səbail” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov
Bakı. “ASCO Arena”

18:15 “Qarabağ” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Bakı. “Azersun Arena”
3 mart
16:00 “Sumqayıt” – “Zirə”
Sumqayıt. “Kapital Bank Arena”
18:15 “Neftçi” – “Sabah”
Bakı. “Bakcell Arena”
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında “Neftçi” və “Qarabağ” 33 xalla birinci və ikinci yerləri bölüşürlər. “Keşlə” və “Sabah” isə 15 xalla yeddinci və səkkizinci sıradadır.


Tarix: 2-03-2021, 12:38 Oxunub: 110


Bölməyə aid digər xəbərlər