Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan güləşçisi qızıl medal görüşünə çıxacaq

Baxış: 510
Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə bu gün Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda qızıl medal görüşünə çıxacaq.
“Report”un məlumatına görə, 65 kiloqramda mübarizə aparan idmançı həlledici qarşılaşmada qırğızıstanlı Ernazar Axmataliyevlə üz-üzə gələcək.
Eyni çəki dərəcəsində yarışan Turan Bayramov bürünc medal uğrunda, 74 kq-dakı Əşrəf Aşırov isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Aşırov əlcəzairli İshak Buxorsun müqavimətini qırmağa çalışacaq.
Qadınlardan isə Türkan Nəsirova (50 kq) və İrina Netreba (68 kq) bürünc medal qazanmaq üçün döşək üzərinə çıxacaq. Netrebanın rəqibi Latviya təmsilçisi Danute Domikaytite olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.