Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyədə mafiya futbol hakimlərini qadınlarla şantaj edirmiş: Ahmet Çakar danışdı

Baxış: 189
Türkiyədə mafiya futbol hakimlərini qadınlarla şantaj edirmiş: Ahmet Çakar danışdı


"10 il əvvəl bəzi futbol hakimləri mafiya ilə bağlı qrup tərəfindən tələyə salındılar".

Bu iddia ilə Türkiyənin keçmiş futbol hakimi və hazırda idman verilişlərində ekspert kimi çıxış edən Ahmet Çakar çıxış edib.

O, verilişlərin birində aparıcının "hakimlərə qarşı şantaj və ya təhdid kimi hallar baş verirmi?" sualına cavab verərkən deyib:

"Türkiyədə 10 il əvvəl mafiya qrupu eskortdan dörd çox gözəl qadın tapdı. Hakimlərlə yatıb-durdular, hər şeyin fotoşəklini çəkdilər və videonun yaddaşına köçürdülər. Bunlar o dövrün ən böyük şantaj planlarından biri idi".

Xatırladaq ki, hazırda Türkiyə futbolunda bir çox hakim və futbolçunun mərc oyunlarında iştirakı ilə bağlı təhqiqat aparılır.(oxu.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.