Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yığmamızın futbolçusu Elvin Bədəlov Kilian Mbappeyə oyun zamanı nə deyib? - VİDEO

Baxış: 155
Yığmamızın futbolçusu Elvin Bədəlov Kilian Mbappeyə oyun zamanı nə deyib? - VİDEO


Yığmamızın futbolçusu Elvin Bədəlov ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyunda Kilian Mbappe ilə dialoqundan danışıb.

Bu barədə o, "Qafqazinfo"ya açıqlama verib.

Futbolçu Mbappedən zədəsini soruşduğunu bildirib:

"Əslində, zədə ilə bağlı ondan əvvəl də söhbətləşirdik. Elə oldu ki, ayağı ağrıdı. Ona dedim ki, ağrıyırsansa, əvəzetmə istə, sən də rahat ol, biz də. Cavab verdi ki, "ağrım var, bir azdan əvəzetmə istəyəcəyəm". Başqa söhbət olmayıb".

Xatırladaq ki, futbolçuların dialoquna dair görüntülər ötən gündən bəri müzakirə mövzusuna çevrilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.