Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Daha bir cüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmadı

Baxış: 143
Daha bir cüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmadı


Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş paracüdo üzrə Avropa çempionatına daha bir idmançımız buraxılmayıb.

Prosport.az xəbər verir ki, qismən görmə məhdudiyyətli cüdoçuların yarışmalı olduğu J2 kateqoriyasında güləşməyi hədəfləmiş İlkin Nəsibovun gözlərində heç bir problem olmadığı müəyyən edilib.

Yarışda kişi idmançılardan İsmayıl Muradov (J1, 70 kq), Əbdülrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J2, 81 kq), Mehman Hüseynov (J1, +95 kq), İlham Zəkiyev (J1, +95 kq), qadınlardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparıb.

Qeyd edək ki, yarışda yalnız paralimpiya çempionlarımız medal qazana bilib. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti də olan İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub, Dürsədəf Kərimova isə gümüş medalla kifayətlənib.

Xatırladaq ki, daha əvvəl mayda Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatında qadın cüdoçularımızdan paralimpiya çempionu Şəhanə Hacıyevanın gözlərində görmə ilə bağlı problem olmadığı üzə çıxmış və o, yarışa buraxılmamışdı. İdmançımız bununla da ömürlük paracüdo yarışlarından uzaqlaşdırılmışdı.

Həm Şəhanə Hacıyeva, həm də İlkin Nəsibov Sumqayıtda Fərid Ağakişiyevin tələbələri sayılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.