Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qurban Qurbanov: Yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır

Baxış: 128
Qurban Qurbanov: Yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır


Yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır.

 "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı (AIIF 2025) çıxışında deyib.

Onun sözlərinə görə, uğurlu olmaq üçün çox, çalışmaq lazımdır:

"Məncə, yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır. Bəzən futbolçu olduğum vaxtda özüm də məşqçiyə etiraz etmişəm. Amma peşəkar futbol oynamağa başlayanda futbolçu psixologiyasını öyrənməyə başladım. Uğurlu olmaq üçün həmişə çox çalışmağı üstün tutmuşam. İndi də bunu futbolçularıma aşılayrıam. Bəzən onların bundan xoşu gəlmir. Öz futbolçu olduğum illər yadıma düşür və çalışıram onları anlayaraq çox çalışmağı onlara aşılayım".

Baş məşqçi əlavə edib ki, "Qarabağ"ın qalibiyyəti həm də xalqı sevindirir:

"2009-cu ildə Avqoliqada qalib olduğumuz gün Ağdamın işğalı gününə təsadüf etmişdi. Həmin gün qalib olmağımız bizi çox sevindirdi. O çempionluq bizim üçün çox keyfiyyətli idi".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.