Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin bir qrupunu təltif edib

Baxış: 277

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 Sərəncama əsasən, iki nəfər “Şöhrət” ordeni, iki nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, bir nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, bir nəfər 1-ci dərəcəli “Əmək” ordeni, iki nəfər 2-ci dərəcəli “Əmək” ordeni, 2 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, dörd nəfər “Tərəqqi” medalı, dörd nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

İdmançılar və onların məşqçiləri bu mükafatlara Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə layiq görülüblər.

Prezident İlham Əliyev, həmçinin “Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya iki yüz min manat, onun məşqçisinə yüz min manat, ikinci yeri tutan hər bir idmançıya yüz min manat, onun məşqçisinə əlli min manat, üçüncü yeri tutan hər bir idmançıya əlli min manat, onun məşqçisinə isə iyirmi beş min manat mükafat müəyyən edilib.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.