Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şəhid anası faciəvi şəkildə öldü - Foto

Baxış: 144
Şəhid anası faciəvi şəkildə öldü - Foto


Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 “Gencexeber” xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi “Lada Niva” markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb.
Qəza zamanı avtomobildə sərnişin qismində olan Todan kənd sakini 64 yaşlı Naqilə Həsənəliyeva ağır xəsarət alıb.

O, Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Bildirilir ki, hadisə zamanı avtomobilin sürücüsü maşını saxlayaraq sükan arxasından enibmiş. Bu zaman nəqliyyat vasitəsi enişə doğru sürüşməyə başlayıb və sürətlənərək dərəyə yuvarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Naqilə Həsənəliyeva Birinci Qarabağ müharibəsi şəhidi Sirac Həsənəliyevin anasıdır.

Xatırladaq ki, Həsənəliyev Sirac Qulu oğlu 1986-cı ildə anadan olub. O, cəmi 6 yaşında olarkən Goranboy rayonunun Todan kəndində həyətdə oynadığı zaman erməni qüvvələrinin atdığı top mərmisinin partlaması nəticəsində şəhid olub.

 


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.