Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapıldı

Baxış: 153
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapıldı


Göygöldə bələdiyyənin mühasibinin meyiti iş otağından tapılıb.

Məlumata görə, 1963-cü il təvəllüdlü Sovda Əsəd oğlu Orucovun meyiti iş otağında tapılıb. 

S.Orucov şəxs 20 il ərzində Çaykənd bələdiyyəsində mühasib vəzifəsində çalışıb.

O, bu gün işə gedib. Axşam saatlarında bələdiyyə binasının işıqlarının yandığını görən digər əməkdaşlar binaya daxil olublar. Bu zaman onun meyitini aşkarlayıblar.

Meyit tibbi ekspertizaya göndərilib. Ölümün səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, mərhumun meyitinin üzərində gözlə görünən zorakılıq əlamətləri aşkarlanmayıb. O, ailəli olub və üç övladı var.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.