Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi

Baxış: 117
Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi


Livanda yerləşən Böyük Kilikiya Evinin katolikosu I Aram Azərbaycanda akkreditə olunmuş xarici diplomatların Azərbaycanın Qarabağ bölgəsinə, o cümlədən Şuşaya səfərinə münasibət bildirib.

I Aram müraciətində Ermənistanın “dostları” adlandırdığı xarici nümayəndələrin Şuşada rəqs etdiyini və erməni kilsələri, eləcə də tarixi-mədəni abidələrin alban irsi kimi təqdim olunmasını “heyranlıqla” izlədiklərini deyib.

“Tarixin gözümüz qarşısında necə dəhşətli şəkildə təhrif edilməsidir. Dualarımız ‘real Ermənistan’ ərazisinin Şuşanın aqibətini yaşamaması üçündür”, – deyə I Aram bildirib.

Qeyd edək ki, sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Azərbaycanın Qarabağ bölgəsinə səfər ediblər. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən ümumilikdə 150 nəfər iştirak edib.

Bir daha xatırladırıq ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir. Azərbaycan öz ərazilərini işğaldan azad edib və bütün ölkə ərazisində suverenliyini bərpa edib. Erməni kilsəsi əsrlər boyu Azərbaycan xalqına qarşı düşmənçilik və nifrət ideologiyası yayıb, bu istiqamətdə davamlı ritorika yürüdüb. Son dövrdə isə Nikol Paşinyan hakimiyyəti kilsənin bu xəttinin dövlət siyasətinə təsirini aradan qaldırır, onun siyasi proseslərdəki imkanlarını məhdudlaşdırır və ordudakı təsirini birbaşa azaldır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.