Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb

Baxış: 99
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb


Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən şadlıq saraylarından birinin qarşısında baş verən insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ictimai qaydanı pozan 5 nəfər sərxoş vəziyyətdə polis şöbəsinə gətirilib. Həmin şəxslər ağır dərəcədə sərxoş olduqlarından ilkin mərhələdə dindirilmələri mümkün olmayıb.

Araşdırmalar davam etdirilir

Bakının Babək prospektində yerləşən "Arzu" şadlıq sarayının qarşısında insident baş verib.

Restorandan çıxan şəxslər arasında hələlik məlum olmayan səbəbdən kütləvi dava düşüb. Hadisə şahidlərin gözü qarşısında cərəyan edib. İnsidentin təfərrüatları və xəsarət alanların olub-olmaması barədə rəsmi açıqlama yoxdur.

Görüntülər "Düz tv" instaqram səhifəsində paylaşılıb..Milli.Az

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.