Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tiktokerə gəlinlik geyindirib üzr videosu çəkdirdilər: 118 saylı marşrutun son dayanacağında...

Baxış: 45


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Səlim Əliyev, Şücaət Rzayev, Samir Hüseynov, Müştəba Əliyev və onun oğlu Təbriz Əliyevə hökm oxunub.

Hökmə əsasən, Şücaət Rzayev 10 il, Səlim Əliyev, Samir Hüseynov, Müştəba Əliyev və Təbriz Əliyev isə hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslərdən Murad Rzayev və Əhməd Əzizova isə 2 il şərti cəza verilib. Bu hökm dövlət ittihamçısının tələb etdiyi cəzalardan nisbətən yüngül olsa da, məhkəmə materiallarında yer alan faktlar hadisənin miqyasını və qəddarlığını açıq şəkildə ortaya qoyur.

Bir “TikTok” paylaşımı və başlayan cəza əməliyyatı

İstintaqın müəyyən etdiyi faktlara görə, Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Nəzirxan Ağaxanov “TikTok” sosial şəbəkəsində hesab yaradaraq kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan mərhum Rövşən Caniyev haqqında təhqiramiz ifadələr paylaşıb. Bu paylaşımlar bir qrup şəxsin qəzəbinə səbəb olub və onlar gənci cəzalandırmaq qərarına gəliblər. İttihama görə, plan əvvəlcədən hazırlanıb. Nəzirxanın mobil telefon nömrəsini əldə edən şəxslər onu iş təklifi adı ilə Zabrat qəsəbəsində 118 saylı marşrutun son dayanacağına çağırıblar. Orada onu qarşılayan şəxslər söhbət bəhanəsi ilə kənara aparıb, qəfil hücum edərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıblar. Daha sonra isə onu yük avtomobilinin arxa hissəsinə yerləşdirərək yaşadıqları evə aparıblar.musavat.com

Bu məqamdan sonra hadisə sadəcə adam oğurluğu deyil, açıq işgəncə aktına çevrilib. İstintaq materiallarında göstərilir ki, zərərçəkmiş şəxs evin həyətindəki toyuq hinində saxlanılıb. Təqsirləndirilən şəxslərdən bəziləri kəsici-deşici alətlərdən istifadə edərək ona müxtəlif xəsarətlər yetirib, fiziki və psixoloji işgəncələr veriblər. Hadisənin ən alçaldıcı detalı isə gəncin zorla qırmızı rəngli gəlinlik paltarına büründürülməsi olub. Təqsirləndirilən şəxslər onu kamera qarşısına çıxararaq sosial şəbəkədə paylaşdığı sözlərə görə üzr istəməyə məcbur ediblər. Çəkilən video daha sonra sosial şəbəkələrdə yayılıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi üzrə ittiham irəli sürülüb. Bunlar arasında adam oğurluğu, zərərçəkmişə işgəncə vermə, silah və kəsici alətlərdən istifadə, eləcə də yetkinlik yaşına çatmayan şəxslərin cinayətə cəlb edilməsi kimi ağır ittihamlar yer alırdı. İstintaq materiallarına görə, təqsirləndirilənlərdən ikisi hadisə zamanı yetkinlik yaşına çatmamışdı.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.