Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AZAL təyyarəsinin qəzasında xəsarət alanların SON DURUMU açıqlandı

Baxış: 167
AZAL təyyarəsinin qəzasında xəsarət alanların SON DURUMU açıqlandı


"Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 4 (3 qadın, 1 kişi cinsli olmaqla) nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində davam etdirilir".

Bu barədə sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 1 nəfərin (qadın cinsli) müalicəsi "Yeni Klinika"da, 2 nəfərin (1 kişi, 1 qadın cinsli olmaqla) fizioterapevtik müalicəsi Tibbi Reabilitasiya Mərkəzində, 1 nəfərin (qadın cinsli) müalicəsi isə şəxsi istəyilə Balakən Rayon Mərkəzi Xəstəxanasında aparılır:

"Yeni Klinika"nın Reanimasiya şöbəsinə qəbul olunaraq, üzərində cərrahi əməliyyat icra olunan şəxs hazırda həmin tibb müəssisəsində stasionar müalicə alır, vəziyyəti orta ağır olaraq dəyərləndirilir.

Tibbi Reabilitasiya Mərkəzində müalicə alan şəxslərin hər birinin vəziyyəti qənaətbəxş hesab edilir. Müalicələri tibb müəssisəsinin Terapiya şöbəsində davam etdirilir.

Balakən Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicə alan şəxsin vəziyyəti isə orta ağır, stabil olaraq qiymətləndirlir".

"Ümumilikdə, "Yeni Klinika"ya hospitalizasiya olunan və zəruri tibbi xidmətlərlə təmin olunan 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Ambulator müalicə üçün evə yazılanların sağlamlıq durumları yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır", - deyə məlumatda bildirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.