Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qəbələdə baş verən avtoqəzanın YENİ DETALLARI: Sürücülük hüququ olmayıb

Baxış: 141
Qəbələdə baş verən avtoqəzanın YENİ DETALLARI: Sürücülük hüququ olmayıb


"Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücülərdən biri sərxoş olub və onun avtomobil idarəetmə hüququ olmayıb".
Sahibkartv.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
"Tövlə kəndində baş verən hadisədə VAZ-2101 markalı, 27-BT-834 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Aqsif Yaşar oğlu Qəribli sükan arxasında sərxoş vəziyyətdə olub və onun avtomobil idarə etmə hüququ olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Hadisənin baş verməsində günahkar tərəfin kimliyini istintaq müəyyən edəcək.
BDYPİ bu hadisədə təqsirin kimdə olmasından asılı olmayaraq, nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş, eləcə də idarəetmə hüququ olmadan əyləşən şəxslərin əksər hallarda nəticəsi faciə ilə bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır və bu kimi qanunazidd əməllərə meyilli olan şəxsləri ölüm və ağır xəsarətlərlə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır",- deyə M.Ağayev bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.