Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AZAL təyyarəsinin qəzasının “hərbiyə aid hissəsi” gizli saxlanılır- SENSASİON FAKTLAR

Baxış: 185

"VÇK-OGPU" kanalı Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı hərbiyə adi məsələlər üzərindəki araşdırmanın ciddi şəkildə sirr olaraq saxlanıldığını xəbər verib.

Sahibkartv.az kanala istinadən xəbər verir ki, məlumata görə, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrykinin və təcrübəli istintaqçılarının Çeçenistan Respublikasına gəlməsinə baxmayaraq, bütün istintaq hərəkətləri yerli 505-ci Hərbi Təhqiqat Şöbəsinin əməkdaşları tərəfindən aparılır.
Qəzanın baş verdiyi ərazidə təyyarənin vurulmasına səbəb olan "Pantsir" zenit-raket kompleksinin ekipajı ilə bağlı istintaqı isə şöbə müdiri aparıb. Araşdırmalar zamanı dünyada hələ də geniş istifadə edilən KGs-nin (təyyarənin enişə yaxınlaşması üçün radiomayak sistemidir. Bu, aviasiyada kokpit alətlərindən istifadə olunaraq təyyarənin enməsi üçün ən çox yayılmış radionaviqasiya sistemidir) Qroznı aeroportunun genişləndirilməsi zamanı sökülməsi məsələsi də müzakirə olunur.
Bundan əlavə, Qazaxıstanın Aktauda iş aparan istintaqçılar və digər təhqiqatçılarla bağlı yeni detallara da diqqət yetirilir.

Hazırda, qəzanın baş verdiyi şəraitlə bağlı  məlumat toplanır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.