Azərbaycan çempionatı hansı formatda olacaq? - Sərxan Hacıyevdən açıqlamalar
12:36 / 05-02-2025
Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan ov tüfəngi ilə özünü güllələdi
12:18 / 05-02-2025
Trampdan İranla bağlı xüsusi SƏRƏNCAM
11:42 / 05-02-2025
“Qumar kralı” Şəkili Yusif həbs edildi
11:38 / 05-02-2025
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir!
11:13 / 05-02-2025
BDYPİ-dən küləkli hava ilə bağlı sürücülərə MÜRACİƏT
11:09 / 05-02-2025
Gözəllik salonlarında bunlar qadağan olunur - Video
10:37 / 05-02-2025
Bakıda iki avtomobil toqquşub, 3 nəfər ölüb
10:32 / 05-02-2025
Küləyin sürəti narıncı şkalaya keçəcək - Xəbərdarlıq
10:28 / 05-02-2025
Azərbaycan işarə edir, biz bunu nəzərə alırıq - Paşinyan
09:47 / 05-02-2025
Kanadanın taleyi necə olacaq? - ABŞ dövlət katibi AÇIQLADI
09:42 / 05-02-2025
Tramp İrana qarşı fərman imzaladı
09:37 / 05-02-2025
Ağstafada hərbçilər dəm qazından zəhərləndi
09:27 / 05-02-2025
Rusiyanın yalanı üzə çıxdı - 8 dəqiqə sonra olubmuş
09:12 / 05-02-2025
Təyyarə Rusiyanın "Pantsir-S" raketi ilə vurulub
09:00 / 05-02-2025
Blokçeyn və Rəqəmsal İdentifikasiya: Təhlükəsiz və Sürətli Doğrulama
22:13 / 04-02-2025
Hidrogen Enerjisi: Yaşıl Yanacaq İnqilabı
21:46 / 04-02-2025
Biotexnologiya və Səhiyyədə Gen Mühəndisliyi
21:18 / 04-02-2025
Sualtı Dronlar: Dəniz Sənayesində Yeni Texnologiyalar
20:44 / 04-02-2025
Aeroponika və Hidroponika: Torpaqsız Meyvəçilik
20:30 / 04-02-2025
Robotik Eksoskeletlər: Fərdi və Sənaye İstifadəsi
20:24 / 04-02-2025
Meyvəçilikdə Süni İntellekt: Xəstəliklərin Erkən Diaqnostikası
20:00 / 04-02-2025
Ağıllı Bağçılıq: Sensorlar və Süni İntellektlə Meyvəçilik
19:49 / 04-02-2025
Genetik Modifikasiya: Daha Dayanıqlı Meyvə Sortları
19:30 / 04-02-2025
Dikey Fermerlik: Meyvəçilikdə Yeni Trendlər
19:19 / 04-02-2025
Dronlarla Meyvəçilik: Ağacların İdarə Olunması və Məhsul Yığımı
19:00 / 04-02-2025
Robotlaşmış Bağ Təsərrüfatları: Meyvə Yığımı Avtomatlaşdırılır
18:51 / 04-02-2025
Ağıllı Suvarma Sistemləri: Meyvəçilikdə Səmərəliliyin Artırılması
18:30 / 04-02-2025
Ekoloji Gübrələr: Meyvəçilikdə Kimyəvi Gübrələrə Alternativ
18:21 / 04-02-2025
İqlim Dəyişikliklərinə Davamlı Meyvə Sortları
17:43 / 04-02-2025
Meyvəçilikdə Drip Suvarma: Suyun Effektiv İstifadəsi
17:30 / 04-02-2025
Arılar və Meyvəçilik: Texnologiya Tozlanmanı Necə Dəyişdirir?
17:18 / 04-02-2025
Təyyarədən ilk çıxan Zamin: Qəza videosuna baxmışdım, hissi edirdim ki...
“Təyyarə qəzası baş verən gün işlə bağlı Qroznıya uçurdum. Daha əvvəllər də işlə bağlı ora getmişdim. İki il olar ki, qaytımışdım. Bu dəfə də işləmək üçün gedirdim”.
Bu sözləri Ölkə.Az-a açıqlamasında qəzaya uğrayan AZAL təyyarəsinin sərnişini Zamin Alıyev deyib. O, hadisə gününü belə xatırlayır:
“Buradan Qroznıya nomal uçuşumuz 40-45 dəqiqədir. 1 saatı keçmişdi, amma hələ enməmişdik. 2 dəfə eniş etməyə cəhd elədilər, olmadı. Sonra havaya yüksəldik, buludun içərisində olanda bir dəfə təyyarəni vurdular. Baqaj yerləri yaxşı örtülməmişdi, gəldilər qapısını örtməyə. Zülfüqar bəy idi. Bizi də sakitləşdirdi, “Hər şey normaldır” deyib baqajı örtmək istəyəndə bir dəfə də vurdular və o qolundan yaralandı. Onu arxaya apardıq, mənim yerim ən arxa sırada idi. Bələdçi Aydan xanım da yanında idi, kömək etdik, qolunu sarıdıq. Yaralı halı ilə yenə camaatı sakitləşdirdi. Təqribən 1.5-2 saat havada olduq. 3 dövrədən sonra biz Qroznıdan çıxdıq.
Pilotlar insanların psixologiyasını dəyişdi. Biz Aktauya çatanda, sahili görəndə elə bildik ki, Bakıya qayıtmışıq, əhvalımız bir az normallaşdı. Orada da bir dövrə vursa da, eniş edə bilmədi. İkinci dövrə vuranda hava limanının yaxınlığında gəldiyimiz sürətlə yerə endik”.
Z.Alıyev deyir ki, qəzadan sonra təyyarədən ilk çıxan o olub:
“Ən axırda mən əyləşmişdim. Yer balaca idi, yaralıların üstündən keçərək çıxdım. Özümü itirmədim, ən birinci mən çıxdım. Yanımda bir xanım var idi, onu çölə çıxardım. Daha sonra da Toğrul adlı bir qardaş var, ona kömək elədim çıxartdım. Sonra Toğrul bəylə birgə 5-6 nəfərin çıxmasına kömək elədik.
Qazaxıstanın hava limanında təcili yardım, fövqəladənin işçiləri hazır gözləyirmişlər. 10 dəqiqə keçməmişdi, haradasa 100 maşın tökülüşdü gəldi. Başladılar camaatı təxliyə etməyə”.
Zərərçəkən deyir ki, qəzadan dərhal sonra özünü itirməsə də, təyyarənin yanan hissəsini görəndə şok keçirib:
“Amma bir şeydən xəbərim olmayıb. Təsəvvür edin, təyyarə bölünüb, yarısı yoxdur. Fikirləşmirəm ki, bəs bu təyyarənin yarısı haradadır?! Sonradan orada bir az şoka düşdüm. Qışqırdım ki, millət yandı, kül oldu.
Sol qolumda sıyrıqlar, başım yarılıb, bir də alnım dəymişdi. Eniş zamanı rəhmətlik Hökumə xanım əllərimizi necə qoymaqla bağlı təlimat vermişdi”.
Yaralı söyləyir ki, uçuşdan əvvəl neqativ hisslərə qapılsa da, dilə gətirməkdən ehtiyat edib:
“Qəribədir ki, getdiyim gün evdən çıxmazdan əvvəl kompüterin qarşısında təyyarələrə, təyyarə qəzaları ilə bağlı videolara baxırdım. Evdəkilərə dedim ki, gəlin, buna baxın. Ürəyimdə “nəsə olacaq” deyə bir hiss var idi, amma deyə bilmirdim. O söz dilimə gəlmirdi. Sanki nəsə məni saxlayırdı”.
Z.Alıyevin sözlərinə görə,ailəsinə qəza barədə ikinci zəngdə məlumat verib:
“Yerə enəndən sonra bir dəfə zəng elədim ki, narahat olmayın, Qroznıya salamat çatmışam. Daha sonra xəstəxanada olanda bir dəfə də zəng elədim, dedim, yaxşıyam, iş yeridəyəm. Onda evdəkilərə zəng gəldi, dedilər, gözlə, İsmətdir. Bildim ki, xəbər çatacaq, dedim, ondansa, özüm danışım. Dedim ki, narahat olmayın, qəza keçirmişik, amma yaxşıyam.
İnsanlar qəzadan əvvəl elə bil, ölüb dirildilər. Amma Hökumə xanım sonuna kimi təlimatlandırmağa davam etdi. Fikirləşin ki, bir insan ölümə gedir, yenə də deyir, hər şey yaxşı olacaq. O səs qulağımdan getmir.
Düzdür, hadisədən sonra travma almışıq. Bakıya qayıdanda adi tıqqıltıya da reaksiya verirdik. Amma bundan sonra təyyarəyə minəcəyəm, ya yox, bilmirəm. Allah ölənlərə rəhmət eləsin, ailələrinə səbir versin. Yaralılara da şəfa diləyirəm.
Haradasa 2 günə yaxın Aktauda qaldıq. Düzdür, dillərini başa düşmürdük, amma baxırdıq ki, çox can yandırırlar. Ən adi şeyləri belə yoxlayırdılar, maraqlanırdılar. Çox mehriban, istiqanlı yanaşırdılar. Onlar da çox sağ olsun.
Pilotlarımız özlərini qurban verdilər ki, millət çox zərər görməsin. 20 nəfərin qabağa çağırılması da havada tarazlığı qorumaq üçün idi”.
Z.Əliyev xilas olan digər sərnişinlərlə birgə bələdçi və pilotarın ailələrinə ziyarətə getməyi düşünür:
“Düşünmüşük ki, kollektiv olaraq Hökumə xanımın və pilotların, eləcə də 13 yaşlı Məmmədəlinin evinə gedib alələrinə baş çəkək.
Təyyarədə biz Şəmkirdən 2 nəfər idik. Sonradan bildik. İstəyirəm ki, yaşıdım olan həmin oğlanın da qəbrini ziyarət edim”.
Bölməyə aid digər xəbərlər

Tarix: 30-12-2024, 13:30 Oxunub: 29
Bölməyə aid digər xəbərlər
18-12-2024, 14:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
11-06-2024, 14:00
Erden Timur istefa verdi: Başqa yolum yoxdur!
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
21-09-2022, 21:40
Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb
22-08-2022, 20:39
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2
27-06-2022, 09:15
İlham Əliyev Kəlbəcərdə “N” saylı hərbi hissənin açılışında iştirak edib
16-04-2022, 20:30
Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: “Sənət sevgisi ilə ailəmə baxa bilmirdim” - MÜSAHİBƏ
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
30-08-2021, 11:56
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB + FOTO
19-06-2021, 23:36
Xaricdə işləyən azərbaycanlı həkim: “Almaniyada xəstənin həkimə əng vurmağa ehtiyacı yoxdur” – MÜSAHİBƏ+FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO