Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya XİN: Azərbaycan-Ermənistan nəqliyyat marşrutlarının inkişafı layihələri davam edir

Baxış: 281
“Rusiya, Azərbaycan və Ermənistan arasında baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfl İşçi Qrup çərçivəsində işlər ola bilsin, istədiyimiz qədər sürətli deyil, amma dəmir yolu və avtomobil kommunikasiyalarına xüsusi diqqət yetirməklə nəqliyyat marşrutlarının inkişafı üzrə layihələr paketinin əlaqələndirilməsi davam edir”.
“Sahibkartv.az” xəbər verir ki, bunları Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı Ermənistan və Azərbaycan tərəfindən razılaşmaların yerinə yetirilməsi məsələsini şərh edərkən deyib.
Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonra demarkasiyasına başlanılması prosesinə gəlincə, Zaxarova nazirliklərarası təmasların da davam etdiyini bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.