Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərəb-Afrika İnvestisiya və İnkişaf Mərkəzinin nümayəndələri Məlhəm Beynəlxalq Hospitalı ziyarət ediblər

Baxış: 162

Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun illik iclasları çərçivəsində Azərbaycanda rəsmi səfərdə olan beynəlxalq nümayəndələr Məlhəm Beynəlxalq Hospitalı ziyarət ediblər. 

Sahibkartv.az xəbər verir ki, Ziyarətdə Ərəb-Afrika İnvestisiya və İnkişaf Mərkəzinin (CAAID) rəhbəri Amine Boutalbi və beynəlxalq satınalmalar üzrə ekspert Samira Benidir iştirak ediblər. Görüş zamanı qonaqlara hospitalın müasir tibbi infrastrukturu, qabaqcıl texnoloji təchizatı, eləcə də beynəlxalq standartlara uyğun göstərilən tibbi xidmətlər barədə ətraflı məlumat təqdim olunub. 

Nümayəndələr müəssisənin fəaliyyəti, tibbi imkanları və pasiyentlərə təqdim olunan xidmətlərlə yaxından tanış olublar. Daha sonra keçirilən rəsmi-işgüzar görüşdə tərəflər arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Görüşdə qlobal tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq netvörkinq platformalarının formalaşdırılması və Azərbaycanda tibbi turizmin inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.







Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.