
Məlhəm Beynəlxalq Hospital 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisində” iştirak edib.
Sərgi çərçivəsində ziyarətçilərə hospitalın təqdim etdiyi tibbi xidmətlər, müasir diaqnostika və müalicə imkanları barədə ətraflı məlumat verilib. Eyni zamanda, iştirakçılar sağlamlıqla bağlı suallarını mütəxəssislərimizə ünvanlamaq imkanı əldə ediblər.
Məlhəm Beynəlxalq Hospital olaraq cəmiyyətin sağlamlığının qorunmasına və tibbi maarifləndirmənin artırılmasına yönəlmiş təşəbbüslərdə iştirak etməyə davam edirik.












































